Bakı. Trend:
Çexiyanın Baş naziri Andrey Babiş çərşənbə axşamı Praqa
xəstəxanasında kiçik ambulator üz əməliyyatı edib.
Trend xəbər verir
ki, bu barədə Çexiyanın “Blesk” tabloidi məlumat yayıb.
Bildirir ki, 71 yaşlı baş nazirin üzündən profilaktik histoloji
müayinə üçün toxuma nümunəsi götürülüb və o, artıq işə qayıdıb.

