“Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları
operatoru “Azərlotereya”nın “Misli” brendinin dəstəyi, Consensus
İntellektual Mərkəzin təşkilatçılığı ilə keçirilən Peşəkar
İntellekt Liqasının 2025-ci il mövsümü uğurla yekunlaşıb.

Fevral ayında start götürən liqa 10 ay ərzində yüksək rəqabət və
intellektual mübarizə ilə yadda qalan turnirlərə ev sahibliyi edib.
Mövsüm ərzində ümumilikdə 22 turnir keçirilib və 20-dən artıq
müəllifin hazırladığı suallar iştirakçılara təqdim olunub.

Maraqlı və gərgin keçən mövsümün yekununda Peşəkar İntellekt
Liqasının qalibi “Interpretes United” komandası
olub. “Old School” komandası ikinci,
“Kranium” komandası üçüncü yerə layiq görülüb.

Peşəkar İntellekt Liqası çərçivəsində final oyununda
“Qış Kuboku” üzrə də yarışlar təşkil olunub.
Turnirdə birinci yerin qalibi “Boy’s Division”
komandası olub. İkinci və üçüncü yerləri isə “V”
“CMYK” komandaları tutub.




Qalib və mükafatçılar kubok, medal, diplom və dəyərli
hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, Peşəkar İntellekt Liqası artıq üç ildir ki,
“Misli”nin dəstəyilə həyata keçirilir. Layihənin əsas məqsədi ana
dilli intellektual hərəkatın inkişafına dəstək vermək, gənclərin
asudə vaxtını səmərəli təşkil etmək və gələcəkdə intellektual
potensiallı kadrların yetişdirilməsinə töhfə verməkdən
ibarətdir.

“Misli” gələcəkdə də ölkədə intellektual layihələrin inkişafına
və bu istiqamətdə yeni təşəbbüslərin reallaşmasına dəstək
göstərməyə davam edəcək.

https://www.youtube.com/watch?v=pw-Y0qEdggA&rco=1