
İrandan Azərbaycana 6 kq 848 qram marixuana, 0.006 mq tiryək keçirilməsinin qarşısı alınıb.
Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, narkotik keçirilməsinə cəhdin qarşısı Xidmətin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kq 848 qram marixuana, 0.006 mq tiryək aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
MƏLUMAT YENİLƏNİR..
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


