Azərbaycan və ICDO mülki müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

22 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının
(ICDO) Baş katibi Ərgüc Kələntərlini qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov
cari ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Mülki Müdafiə
Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası
çərçivəsində ilk dəfə olaraq ölkəmizin nümayəndəsi kimi Ərgüc
Kələntərlini Təşkilatın Baş katibi vəzifəsinə seçilməsi
münasibətilə təbrik edib, bu seçimin Azərbaycanın beynəlxalq
nüfuzunun və mülki müdafiə sahəsində artan rolunun göstəricisi
olduğunu vurğulayıb.

Görüşdə mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığın
gücləndirilməsi, təbii və texnogen fəlakətlərə qarşı mübarizə,
humanitar yardımlar sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi
perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Baş katib görüş zamanı, Təşkilatın fəaliyyəti, prioritet
istiqamətləri və planları barədə ətraflı məlumat verib.