AYNA: 7 istiqamətdə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Baş səhifə
AYNA: 7 istiqamətdə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Azərbaycanda 7 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, Bakı-Gəncə, Tərtər-Kəlbəcər, Mingəçevir-İsmayıllı, Göyçay-Gəncə şəhərlərarası və Kuzunqışlaq kəndi – Qusar avtovağzalı, Əniq kəndi – Qusar avtovağzalı və Bağçakürd kəndi (Goranboy) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol 2023” MMC, Tərtər-Kəlbəcər marşrutu üzrə fiziki şəxs Əsədov Sevdimalı Hüseyn oğlu, Mingəçevir-İsmayıllı marşrutu üzrə fiziki şəxs İsgəndərov Niman Şükür oğlu, Göyçay-Gəncə üzrə fiziki şəxs Nəsirov Əhəd Oruc oğlu oğlu, Kuzunqışlaq kəndi – Qusar avtovağzalı və Əniq kəndi – Qusar avtovağzalı marşrutları üzrə fiziki şəxs Məhərrəmov Urxan Urfan oğlu və Bağçakürd kəndi (Goranboy) – Gəncə (avtovağzal) marşrutu üzrə fiziki şəxs Əsgərova Şəfa Məsud qızı qalib elan olunublar.