Ötən həftə 8 nəfərin meyiti təhvil verilib – FHN

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən
ötən həftə ərzində 141 yanğına çıxış olub.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.




Bildirilib ki, 46 halda köməksiz vəziyyətdə qalma, 8
avtonəqliyyat qəzası və 3 partlayış faktı üzrə qəza-xilasetmə
əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz
tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların
həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən
ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 68 nəfər xilas edilib, 2
nəfər təxliyə olunub, 10 nəfər xəsarət alıb, əməliyyatlar zamanı 8
nəfərin meyiti təhvil verilib.