
Birləşmiş Ştatlar Ukrayna nümayəndə heyətinin Amerikanın Florida ştatında Vaşinqton və Avropa nümayəndələri ilə keçirdiyi danışıqları məhsuldar və konstruktiv hesab edir.
“Report”un məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff “X” sosial şəbəkəsində bildirib.
“Son üç gün ərzində Ukrayna nümayəndə heyəti amerikalı və avropalı tərəfdaşlarla bir sıra məhsuldar və konstruktiv danışıqlar aparıb”, – deyə o yazıb.
Uitkoff qeyd edib ki, tərəflər son günlərdə baş tutan məsləhətləşmələrdə əsas diqqəti münaqişənin həlli istiqamətində növbəti addımların müddəti və ardıcıllığının müzakirəsinə ayırıblar.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


