Bakı. Trend:
Amerikalı bloqer Ceyk Pol keçmiş boks çempionu Entoni Coşuaya
uduzduqdan sonra çənə əməliyyatı etdirib.
Trend-in
məlumatına görə, Pol özü “Instagram” səhifəsində əməliyyatın uğurlu
keçdiyini, bir neçə diş çıxarıldığını və çənəsinə iki titan lövhə
qoyulduğunu bildirib.
Bloqer qeyd edib ki, növbəti yeddi gün ərzində yalnız maye
qidalar qəbul ediləcək, sosis yemək mümkün olmayacaq.
Xatırladaq ki, Pol 20 dekabrda Coşua ilə döyüşdən sonra
xəstəxanaya yerləşdirilib və həkimlər ona çənə sümüyünün sınığı
diaqnozu qoyublar.

