Böyük Britaniyanın maliyyə naziri pabdan qadağa alıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz artan vergilər
səbəbindən “Marsh Inn” pabının sahibi tərəfindən qara siyahıya
salınıb və artıq sevimli pablarından birinə baş çəkə
bilməyəcək.

Trend-in
məlumatına görə, Pabın sahibi Martin Nouls yalnız Rivzə deyil, həm
də bütün Leyborist Partiyasının millət vəkillərinə giriş qadağan
edib. O, müəssisənin müştərilərinin bu qərarı məmnuniyyətlə
qarşıladığını bildirib.




Qeyd olunur ki, Reyçel Rivz məhz bu pabda 2024-cü ilin iyulunda
keçirilən ümumi seçkilərdə Leyboristlərin qələbəsini qeyd etmişdi.
Nouls nazirin yalnız vergilər azaldıldıqdan sonra pabı ziyarət edə
biləcəyini vurğulayıb.

Əvvəlki həftə televiziya aparıcısı Ceremi Karkson da vergi
artımlarına etiraz olaraq bütün Leyborist millət vəkillərini öz
pabına buraxmayıb və hökumətin büdcəsindən narazı olan pab
sahiblərinin təşkil etdiyi “Leyborist millət vəkillərinə yox”
kampaniyasına qoşulub.