Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib

Baş səhifə
Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib

Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ikinci matçında “Araz-Naxçıvan” “Şamaxı” ilə üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Bu nəticədən sonra “Araz-Naxçıvan” 26 xalla altıncı, “Şamaxı” 20 xalla səkkizincidir.

Günün ilk matçında “Qarabağ” “Qəbələ”ni 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, XVI tura dekabrın 22-də “Sumqayıt” – “Sabah” oyunu ilə yekun vurulacaq. Daha əvvəl “Turan Tovuz” “Kəpəz”i (2:0), “Neftçi” “Karvan-Yevlax”ı (2:1) məğlub edib. “Zirə” – “İmişli” qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.