
Bakı. Trend:
“Qarabağ”ın sabiq futbolçusu Olavio Juninyo karyerasını
Meksikada davam etdirəcək.
Trend-in
məlumatına görə, “Pumas” klubu 29 yaşlı hücumçunun transferini
rəsmən açıqlayıb.
Braziliyalı forvard yeni komandası ilə rəsmi müqavilə
imzalayıb.
Qeyd edək ki, 2023-cü ildən “Qarabağ”ın formasını geyinən Olavio
Juninyo cari ilin əvvəlində Braziliya təmsilçisi “Flamenqo”ya
keçmişdi.


