Türkiyə MİT rəhbəri “HƏMAS”ın nümayəndə heyəti ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın
İstanbulda “HƏMAS” təşkilatının nümayəndə heyətini qəbul edib.

Trend-in
məlumatına görə, “Qəzzada atəşkəs Sazişi” çərçivəsində keçirilən
görüşdə HƏMAS nümayəndə heyəti atəşkəs qaydalarına riayət
etdiklərini bildirib və İsrail tərəfinin törətdiyi pozuntular
barədə məlumat verib.




Türkiyənin Qəzzada atəşkəsin tətbiqi istiqamətində qarant ölkə
kimi intensiv səyləri vurğulanıb.

İki nümayəndə heyəti arasında keçirilən görüşdə Qəzza Sülh
Planının ikinci mərhələsinə keçid üçün lazımi şəraitin yaradılması
və mövcud problemlərin həlli yolları ilə bağlı məsləhətləşmələr
aparılıb.