Keçmiş məcburi köçkün: 35 il sonra yurda qayıtmaq gözəl hissdir

Baş səhifə

35 il sonra yurda qayıtmaq gözəl hissdir. Çətin və ağır şəraitdə yaşadıq uzun illər. İndi Allaha şükür, gəldik doğma yurda.

Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Kərkicahan qəsəbəsinə qayıdan 83 yaşlı Yadigar Əsədova deyib:

“Çətin günlər geridə qaldı. Allah şəhidlərimizə rəhmət eləsin! Allah bu günü bizə yaşadan prezidentimizə can sağlığı versin. Çox gözəl və rahat evlə təmin olunduq”.