Sumqayıtda zəncirvari avtoqəza olub, xəsarət alanlar var

Baş səhifə
Sumqayıtda zəncirvari avtoqəza olub, xəsarət alanlar var

Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Babək küçəsi ərazisində baş verib.

Belə ki, Mazda, Kia markalı minik avtomobilləri və bir yük avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

İddialara görə, Mazda markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə yük avtomobilinə çırpılıb, daha sonra isə təkər təmiri sexində dayanan Kia markalı avtomobillə toqquşub. Hadisə nəticəsində yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.