Almaniyalı hücumçu “Milan”a keçir

Baş səhifə

Bakı. Trend:

“Vest Hem”in hücumçusu Niklas Füllkruq karyerasını İtaliya A
Seriyasında davam etdirməyə yaxındır.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Milan” almaniyalı futbolçunu
transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat
yayıb.




“Rossoneri” Füllkruqu satınalma bəndi ilə icarəyə götürmək üçün
İngiltərə klubuna təklif göndərib. Tərəflərin anlaşma əldə etməyə
yaxın olduğu bildirilir.

Qeyd edək ki, Niklas Füllkruq bu mövsüm “Vest Hem”in heyətində 9
rəsmi matçda meydana çıxıb. Onun London təmsilçisi ilə müqaviləsi
2028-ci ilin yayına kimi nəzərdə tutulub.