
Bakı. Trend:
“Yuventus”un futbolçusu Kenan Yıldız karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” türkiyəli
vingeri transfer etmək istəyir.
“Qırmızı şeytanlar”ın 20 yaşlı ön xətt oyunçusunu 90-100 milyon
avroya heyətinə qatmaq şansı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm “Yuventus”un heyətində
meydana çıxdığı 25 rəsmi matçda 9 qol və 8 məhsuldar ötürmə ilə
yadda qalıb. Türkiyə millisinin üzvünün İtaliya klubu ilə
müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.


