Əlahiddə Ümumqoşun Ordunun 12-ci ildönümü qeyd edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Təlim və Tədris Mərkəzində
ƏÜO-nun yaradılmasının 12-ci ildönümü ilə əlaqədar təntənəli tədbir
keçirilib.

Trend bu barədə
Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə Nazirliyinin və ƏÜO-nun şəxsi heyətinin, eləcə də digər
qonaqların iştirak etdiyi tədbirdə xalqımızın Ümummilli Lideri
Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və
suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.

Tədbir iştirakçılarını salamlayan ƏÜO komandanı
general-leytenant Kənan Seyidov müdafiə naziri general-polkovnik
Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdırıb, əlamətdar gün
münasibətilə kollektivi təbrik edib və onlara fəaliyyətlərində yeni
uğurlar arzulayıb.




Sonra Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu prosesini,
ötən müddətdə aparılan islahatları əks etdirən videoçarx nümayiş
etdirilib.

ƏÜO-nun Təlim və Tədris Mərkəzinin yaradıcı kollektivinin
iştirakı ilə milli rəqslər, vətənpərvərlik mahnıları ifa
edilib.

Sonda xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş
hərbi qulluqçular və mülki işçilər mükafatlandırılıb