
Ukrayna Krımdakı Belbek hərbi aerodromuna zərbə endirib. Ukrayna ordusu uzaqmənzilli pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın Miq-31 təyyarəsini və bir neçə hava hücumundan müdafiə sistemini (HHM) sıradan çıxarıb.
APA xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti “Telegram” kanalında məlumat yayıb.
Eyni zamanda, Ukrayna ordusu Miq-31 təyyarəsini, 2 ədəd “Nebo-SVU” uzaq radar kompleksini, S-400 HHM-nin radar kompleksini, və “Pansir-S2” HHM sistemini sıradan çıxarıb.
Məlumata görə, məhv edilən hədəflər sırasında Miq-31 təyyarəsindən başqa 2 ədəd “Nebo-SVU” uzaq radar kompleksi, S-400 HHM-nin radar kompleksi və “Pansir-S2” HHM sistemi var.

