İkili diplom proqramlarının həyata keçiriləcəyi xarici ali məktəblərin seçimi qaydası təsdiqlənib

Baş səhifə

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası” təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qayda beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir. Qaydada Proqrama dair müqavilənin bağlanılması, Proqrama tələbə seçimi şərtləri göstərilir.