“Barselona” yapon hücumçunun transferini planlaşdırır

Baş səhifə

Bakı. Trend:

“Barselona” yapon futbolçu ilə maraqlanır.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Kataloniya təmsilçisinin skautları Yaponiyanın
U-17 yığma komandasının hücumçusu Minato Yoşidanı izləyir.




İspaniya nəhəngi mövsümün sonunda mərkəz hücumçusunu transfer
etməyi planlaşdırır.

Hazırda “Kaşima Antlers”in formasını geyinən Yoşida özü də
Avropada oynamaqda maraqlıdır.