
Bu gün UEFA Konfrans Liqasının əsas mərhələsində VI turun oyunları keçiriləcək.
Modern.az xəbər verir ki, bununla da turnirin liqa mərhələsinə yekun vurulacaq, 1/8 final və pley-off mərhələsinin iştirakçıları bəlli olacaq.
Türkiyənin “Samsunspor” klubu liqa mərhələsinin son turunda Almaniyada “Maynts”ın qonağı olacaq. Hazırda 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan Superliqa təmsilçisi növbəti raunda vəsiqəni təmin edib.
Qeyd edək ki, Konfrans Liqasında əsas mərhələni 1-8-ci pillələrdə tamamlayan komandalar 1/8 finala, 9-24-cü yerləri tutanlar isə pley-offa yüksələcəklər.
UEFA Konfrans Liqası
Liqa mərhələsi, VI tur
18 dekabr
00:00. “Maynts” (Almaniya) – “Samsunspor” (Türkiyə)
00:00. “Sparta” (Praqa, Çexiya) – “Aberdin” (Şotlandiya)
00:00. AEK (Afina, Yunanıstan) – “Universitatya” (Rumıniya)
00:00. AEK (Larnaka, Kipr) – “Şkendiya” (Şimali Makedoniya)
00:00. “AZ Alkmaar” (Niderland) – “Yagelloniya” (Polşa)
00:00. “Kristal Pelas” (İngiltərə) – KuPS (Finlandiya)
00:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Riyeka” (Xorvatiya)
00:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Noa” (Ermənistan)
00:00. “Lozanna” (İsveçrə) – “Fiorentina” (İtaliya)
00:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Rapid” (Avstriya)
00:00. “Legiya” (Polşa) – “Linkoln” (Cəbəllüttariq)
00:00. “Selye” (Sloveniya) – “Şelburn” (İrlandiya)
00:00. “Omoniya” (Kipr) – “Rakuv” (Polşa)
00:00. “Strasbur” (Fransa) – “Breydablik” (İslandiya)
00:00. “Rayo Valyekano” (İspaniya) – “Drita” (Kosovo)
00:00. “Şemrok Rovers” (İrlandiya) – “Hamrun” (Malta)
00:00. “Siqma” (Çexiya) – “Lex” (Polşa)
00:00. “Slovan” (Bratislava, Slovakiya) – “Hekken” (İsveç).

