
Bakı. Trend:
Ekvadorun “Barselona” futbol klubunun müdafiəçisi Mario Pineyda
faciəvi şəkildə 34 yaşında həlak olub.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, o ailə üzvləri ilə birlikdə silahlı
hücuma məruz qalıb.
Məlumata görə, hadisə nəticəsində onun həyat yoldaşı da ölcümcül
güllə yarasından həyatını itirib, anası isə ağır yaralanıb.
Cinayətin motivləri və hücumu həyata keçirən şəxsin kimliyi
barədə hələ ki, məlumat verilmir.
Qeyd edək ki, Pineyda 2016-cı ildən Ekvadorun “Barselona”
klubunun şərəfini qoruyub. Klubun heyətində o ikiqat Ekvador
çempionu və ölkə kubokunun mükafatçısı olub. Milli yığmada isə
müdafiəçis səkkiz oyun keçirib və bir məsuldar ötürmə ilə yadda
qalıb.


