Bu məşhurlar narkotik əməliyyatı zamanı saxlanıldı

Baş səhifə

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı genişləndirilib.

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, istintaq çərçivəsində müğənni Aleyna Tilki,  bloger Danla Bilic və İrem Sak İstanbul Vilayət Jandarma Komandanlığı qrupları tərəfindən saxlanılıb.

Xaricdə olduqları müəyyən edilən modellər Şevval Şahin, Şeyma Subaşı və Mert Vidinli haqqında həbs qərarı verilib. Altrisa Melisa Döngel,  müğənni Yusuf Güney və Cihan Şensözlü isə yaşadıqları ünvanda tapılmayıb.