Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun siyasəti
nəticəsində yarım əsrdə ilk dəfə olaraq ABŞ-a immiqrant axını
müşahidə olunub.
Trend-in məlumatına görə, bu barədə D.Tramp həmvətənlərinə
müraciətində bildirib.
“Son 50 ildə ilk dəfə olaraq əks miqrasiya müşahidə olunur:
miqrantlar vətənlərinə qayıdır, amerikalılar üçün daha çox yaşayış
sahəsi və iş yerləri qalır”, – deyə o qeyd edib.
ABŞ prezidenti dəfələrlə miqrasiya siyasətinin
sərtləşdirilməsinin lehinə çıxış edib və Amerika tarixində qanunsuz
miqrantların ən böyük deportasiya əməliyyatını həyata keçirmək
niyyətində olduğunu bildirib.

