
Türkiyənin məşhur aktrisası Hülya Avşar 2023-cü ildə münsif olduğu “Yıldız De Bana” layihəsini reallaşdıran prodüser şirkəti ilə anlaşıb. Aktrisa şirkətə qarşı məhkəmə iddiasını geri götürüb.
Metbuat.az xəbər verir ki, tərəflər arasında çəkişmə iki il əvvəl başlayıb. Hülya Avşarla prodüser şirkəti arasında qonorarla bağlı anlaşılmazlıq yaranıb. Avşar ona çatmalı olan 550 min lirəlik qonorarın 450 mininin ödənildiyini əsas gətirərək şirkəti məhkəməyə verib. Şirkət isə aktrisaya borclu olmadığını iddia edərək, tələb olunan vəsaiti ödəməkdən imtina edib.
“Sabah” qəzetinin yazdığına görə, sənətçi bugünlərdə ona çatmalı olan 100 min lirəni alıb. Pul ödənildiyi üçün Avşar şirkətə qarşı iddiasını geri götürüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

