Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb

Baş səhifə
Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb

Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, hadisə Çəmənli kəndində, təsərrüfat sahəsində səpin işləri aparılarkən baş verib.

Belə ki, kənd sakini Məmmədov Məlik Qədir oğlu sahədə soğan səpini zamanı minaya düşüb.

O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.