Müdafiə sənayesi müəssisələrində genişmiqyaslı modernizasiya işləri aparılır

Baş səhifə

Silahlı Qüvvələrin ehtiyaclarının operativ və keyfiyyətli təmin edilməsi məqsədilə müdafiə sənayesi müəssisələrində genişmiqyaslı modernizasiya işləri aparılır, istehsal sahələri yenilənir, rəqəmsallaşma və avtomatlaşdırma səviyyəsi artırılır.

Metbuat.az xəbər verir ki, bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı və nazirliyin yaradılmasının 20 illik yubileyi ilə əlaqədar tədbirdə deyib.

V.Mustafayev zavodların istehsal imkanlarının artırılması nəticəsində dövlət müdafiə sifarişlərinin vaxtında və keyfiyyətlə icrasının təmin edildiyini, eyni zamanda, ixrac potensialının genişləndirildiyini diqqətə çatdırıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.