Səhiyyə naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT)
Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə
görüş keçirilib.

Trend xəbər
verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur
Musayev ölkəmizdə səhiyyə sisteminin inkişafının dövlət siyasətinin
prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.




Nazir bildirib ki, bu sahədə aparılan islahatlar Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi
strateji inkişaf xəttinə uyğun olaraq ardıcıl şəkildə həyata
keçirilir. O, beynəlxalq tərəfdaşlarla, xüsusilə BMT ilə
əməkdaşlığın səhiyyə sahəsində davamlı inkişafın təmin olunmasında
mühüm rol oynadığını vurğulayıb.

Sonda Azərbaycanın səhiyyə naziri əməkdaşlığın bundan sonra da
səmərəli olacağına əminliyini ifadə edib.