Nazirlik rəsmisi: “Heyvandarlıqda nağd vəsait dövriyyəsinin zəifliyi əsas problemlərdən biridir”

Baş səhifə
ASK

  • 17 dekabr, 2025
  • 16:18
Nazirlik rəsmisi: Heyvandarlıqda nağd vəsait dövriyyəsinin zəifliyi əsas problemlərdən biridir

Azərbaycanda heyvandarlıq sektorunda nağd vəsait dövriyyəsinin zəifliyi əsas problemlərdən biri olaraq qalır.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev Bakıda təmsil etdiyi qurumun dəstəyi və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirədə bildirib.

Onun sözlərinə görə, xüsusilə süd və süd məhsullarının tez xarab olan məhsullar olduğunu nəzərə alaraq, satışdan sonra ödənişlərin müəyyən vaxt çərçivəsində həyata keçirilməsi vacibdir: “Bitki mənşəli yağlardan istifadə edilməklə hazırlanan məhsulların bazarda geniş təklif olunması təbii süd istehsalçıları və emalçıları üçün qeyri-bərabər rəqabət mühiti formalaşdırır. Bu səbəbdən bazar nəzarətinin gücləndirilməsi, həmçinin məhsulların tərkibinə görə dəqiq fərqləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb”.

Z.Əliyev əlavə edib ki, süd satışında ödəniş müddətlərinin məhdudlaşdırılması fermerlərin maliyyə dayanıqlığının gücləndirilməsinə töhfə verə bilər.