Ulduzların bayram qonorarları:

Baş səhifə

Türkiyənin məşhur müğənniləri bir gecədə sərvət sahibi olacaqlar.

Metbuat.az Yeni il gecəsi səhnəyə çıxacaq ulduzların bir gecəlik qonorarını araşdırıb.

Yerli medianın yazdığına görə, ABŞ-da yaşayan popstar Tarkan dekabrın 31-də Şimali Kipr Türk Respublikasında pərəstişkarlarının qarşısına çıxacaq. Təşkilatçılar 3–4 saatlıq konsert proqramı üçün Tarkana 600 min dollar qonorar ödəyəcəklər.

Ulduz müğənni Mahsun Kırmızıgül də Yeni ili evində qarşılamayacaq. Mahsun bayram gecəsi Şimali Kiprdə yaşayan musiqisevərləri əyləndirəcək. Müğənninin bir gecəlik qonorarı 19 milyon türk lirəsi (450 min dollar) təşkil edir.

Sevilən sənətçi Sibel Can da pul üçün Şimali Kiprə üz tutub. Dekabrın son günü onun qazancı 300 min dollar olacaq.

Səsi ilə gözəlliyi vəhdət təşkil edən Ebru Gündeş də Yeni ili Şimali Kiprdəki pərəstişkarları ilə birlikdə qeyd edəcək. Ebru İstanbula 250 min dollarla dönəcək.

Türkiyənin ən intellektual müğənnilərindən sayılan Yıldız Tilbe bayram gecəsi Gürcüstanın ən bahalı əyləncə mərkəzlərindən birində oxuyacaq. Tilbənin gürcülərdən alacağı qonorarın məbləği 250 min dollar təşkil edir.

Gülşən, Serkan Kaya və Özcan Dəniz isə Yeni ili Şimali Kiprin bahalı məkanlarında qarşılayacaqlar. Onlar ifa edəcəkləri mahnılara görə 200 min dollar qonorar alacaqlar.

Yeni il gecəsi Bülənt Ərsoy və Hadisənin qazancı 160 min dollar olacaq. Hər iki müğənni Türkiyədə pərəstişkarlarının qarşısına çıxacaq.

Ulduz müğənni Əmrah da Yeni ili pərəstişkarları ilə birlikdə qarşılayacaq. O, İstanbulda səhnəyə çıxacaq. Amma Əmrah həmkarları kimi bir gecədə sərvət sahibi ola bilməyəcək. Təşkilatçılar müğənniyə ifasına görə 70 min dollar qonorar ödəyəcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.