“Aqrar sahədə birgə səylər real nəticələr verir” –

Baş səhifə

Layihələr öz nəticələrini verməkdədir. Milli Məclis də bu proseslərdən kənarda qalmamışdır. Aqrar sahə ilə əlaqədar olaraq bir sıra qanunların qəbulu, qanunlara edilmiş əlavə və dəyişikliklər, onların müzakirələrinin keçirilməsi, uğurların təbliği, problemlərin gündəmə gətirilməsi işimizin xeyrinə olmuşdur”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə deyib.

Bir məqsəd uğrunda səfərbər edilən birgə səylər öz nəticələrini göstərməkdədir:

“Kənd təsərrüfatının inkişafı ilə bağlı məsələlərin həllində, problemlərin aradan qaldırılması üçün imkanların müəyyən edilməsində, sözsüz ki, Kənd Təsərrüfatı Nazirliyinin və onun struktur bölmələrinin üzərinə daha böyük vəzifələr düşür. Yaxşı haldır ki, bir məqsəd uğrunda səfərbər edilən birgə səylər öz nəticələrini göstərməkdədir. Bu il kənd təsərrüfatının mühüm sahələrində – pambıqçılıqda, taxılçılıqda, heyvandarlıqda və digər sahələrdə əldə olunan yaxşı göstəricilər məhz birgə fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir.

Kənd Təsərrüfatı Nazirliyinin müvafiq dövlət orqanlarının və digər tərəfdaşlarla birgə təşkil etdiyi çoxsaylı aqrar festivallar, məhsul bayramları, satış yarmarkaları və digər tədbirlər bilavasitə regionların kənd təsərrüfatı potensialını daha dəqiq müəyyənləşdirməyə və tanıtmağa xidmət edir. Aqrar sahəyə investisiya cəlb etmək, yeni məhsulların daxili və xarici bazarlara çıxışını genişləndirmək, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələri möhkəmləndirmək vacib məqsəddir və bu, dəyərləndirilməlidir.

Bu gün fermerlərin innovasiyalara əlçatanlığını təmin etmək, sahibkarların yüksək məhsuldarlığa malik taxıl sortları ilə təminatına nail olmaq günümüzün tələbidir. Yerli istehsalçıların yüksək keyfiyyətli məhsullarını və onların iş təcrübəsini geniş auditoriyaya təqdim etmək, özəl toxumçuluğun inkişaf perspektivləri və toxum subsidiyalarının verilməsində dövlət dəstəyi barədə əhalini məlumatlandırmaq qarşıya qoyulan başlıca vəzifələrdəndir.

Nazirliyin bu istiqamətdə həyata keçirdiyi tədbirləri məqbul hesab etmək olar və bu tədbirlərin bundan sonra da davam etdirilməsi və genişləndirilməsi məqsədəuyğundur. Bu gün də fermerlər arasında maarifləndirmənin genişləndirilməsinə, qabaqcıl təcrübə və yeniliklərlə bağlı söhbətlərin aparılmasına, təlimlərin səviyyəsinin yüksəldilməsinə və bu tədbirlərə mütəxəssislərin, alimlərin cəlb olunmasına bir daha ehtiyac duyulur.

Fermer əkdiyi, biçdiyi, götürdüyü məhsulun dəyərinin, haqqının və hesabının fərqində olmalıdır. Gəlir əldə etməyin yollarını dəqiq bilməli, boş yerə zəhmət çəkməməlidir. Bunun üçün biz onlara elmi əsaslara arxalanan faktlar və məlumatlar təqdim etməli, qabaqcıl təcrübənin və müasir texnologiyanın müsbət nəticələrini araşdırmalı və izah etməliyik.

Bugünkü tədbirin, eləcə də təşkil olunmuş festivalların, sərgilərin və məhsul bayramlarının məqsədi də məhz kənd təsərrüfatı məhsulları bolluğunun yaradılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, fermerlərin və sahibkarların maddi rifahının yaxşılaşdırılmasına yönəlmişdir və bunu təqdir etmək olar.

Kənd Təsərrüfatı Nazirliyinin süni intellektin aqrar sektora tətbiq edilməsi sahəsində təşəbbüsləri də maraqla qarşılanır və məsələlərin uğurlu həlli, sözsüz ki, gələcəkdə aqrar sektorun inkişafına öz töhfəsini verəcəkdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.