Bakı. Trend:
“Mançester Siti”nin heyətində ciddi itki baş verib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin aparıcı
oyunçularından olan Cerremi Doku sıradan çıxıb. Bu barədə
komandanın baş məşqçisi Pep Qvardiola məlumat verib.
Belçikalı vinger 2025-ci ilin əvvəlinə kimi yaşıl meydanlardan
uzaq qalacaq.
Qeyd edək ki, “Mançester Siti” Ceremi Dokunu 2023-cü ilin
yayında “Renn”dən transfer edib. 23 yaşlı futbolçu bu mövsüm “şəhərlilər”in heyətində meydana çıxdığı 25 rəsmi matçda 5 qol və 6
məhsuldar ötürmə ilə yadda qalıb.

