“İnter”in müdafiəçisinin zədəsi ciddidir – Əməliyyat olunacaq

Baş səhifə

Bakı. Trend:

“İnter”in müdafiəçisi Denzel Dumfrisin yaşıl meydanlara qayıdışı
ləngiyir.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun zədəsi
gözləniləndən ciddidir. Bu barədə insayder Nikolo Skira məlumat
yayıb.




Noyabrın 9-da “Latsio” ilə matçda topuğundan xəsarət alan
Dumfrisin zədəsinin yüngün olduğu ehtimal olunurdu. Lakin 29 yaşlı
sağ cinah müdafiəçisinin ayağındakı ağrılan azalmayıb. Buna görə də
futbolçu əməliyyat olunacaq. Təcrübəli oyunçu gələn ilin mart
ayında yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, “İnter” Denzel Dumfrisi 2021-ci ilin yayında
PSV-dən transfer edib. Niderland millisinin üzvü bu mövsüm milan
təmsilçisinin meydana çıxdığı 17 rəsmi matçda 3 qol vurub.