
Paşinyanı dəstəkləyən ruhanilər II Qareginin istefasını tələb edirlər
Ermənistanın Baş naziri Nikol Paşinyanı dəstəkləyən yüksək vəzifəli ruhanilər katolikos II Qareginin istefası tələbi ilə petisiya təşkil ediblər.
“Mən bütün ermənilərin katolikosu II Qareginin istefasını, müvəqqəti kilsə rəhbərinin seçilməsini və yeni katolikos seçkilərin keçirilməsini tələb etmək çağırışı dəstəkləyirəm”, – ərizədə deyilir.
Tələb bir neçə gün əvvəl açılmış Barenorogum.am saytında dərc edilib.
Bu tələblər Baş nazir Paşinyanın sosial mediada yaydığı Ermənistan Apostol Kilsəsində islahat planındakı bəndlərlə üst-üstə düşür.
İndiyədək petisiyanı 400-dən çox insan imzalayıb.
Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda və hətta övladı olmaqda günahlandırıb. Və buna görə, o, Ali Patriarx vəzifəsini tuta bilməz.
Paşinyanın kilsənin islahatlar palanına münasibət erməni cəmiyyəti və ruhanilər arasında birmənalı deyil. İnsanların bir hissəsi baş naziri dəstəkləyir, digərləri onun hökumətini kilsənin daxili işlərinə müdaxilə etməkdə günahlandırır.
Erməni Apostol Kilsəsi Ali Ruhanilər Şurasının iclası Paşinyanın “kilsəyə qarşı kampaniyanın dağıdıcı nəticələrə gətirəcəyi, Ermənistan dövlətçiliyi və xalqının birliyinə və bütövlüyünə təhlükə” yaratdığını bildirib.
“Bu, cəmiyyətdə parçalanmaya gətirir, xalqın mənəvi birliyini, doğma yurda sədaqətini sarsıdır”, – Ruhanilər Şurasının bəyanatında deyilir.

