Sabunçuda evdən 8 min dollarlıq qızıl oğurlayan şəxs saxlanılıb

Baş səhifə
Sabunçuda evdən 8 min dollarlıq qızıl oğurlayan şəxs saxlanılıb

Sabunçu rayonunda evdən 8 min dollarlıq qızıl oğurlayan şəxs saxlanılıb.

Sabunçu rayonunda evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək yaşadığı evdən *8000* dollar dəyərində qızıl-zinət əşyasının naməlum şəraitdə talanmasını bildirib. Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən M.Vəlizadə müəyyən edilərək saxlanılıb.

Paytaxtın Sabunçu rayonunda isə bir nəfərə məxsus qarajdan *1500* manat dəyərində naqil, Nizami rayonundakı yarımtikililərin birindən *2915* manatlıq təmir alətləri oğurlamaqda şübhəli bilinən R.Məmmədov və E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.