
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə
44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni
dövrünə nisbətən 1,480 milyard dollar və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard
dollar və ya 12,9% artıb.
Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5
dəfə azdır.

