Azərbaycan investisiya üçün etibarlı və strateji məkandır – Hüseyn Büyükfırat

Baş səhifə

Bakı. Trend:

Azərbaycan investisiya üçün etibarlı və olduqca strateji
məkandır.

Trend xəbər
verir ki,bunuTürkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri
Dərnəyinin (TÜİB) sədri Hüseyn Büyükfırat bildirib.

O qeyd edib ki, Azərbaycan son illər formalaşdırdığı stabil
iqtisadi siyasət, şəffaf biznes mühiti və dövlət-özəl sektor
əməkdaşlığı modeli ilə regionun ən cəlbedici investisiya
məkanlarından birinə çevrilib.




“Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlar, investor
hüquqlarının qorunması, vergi və gömrük sahəsində tətbiq olunan
güzəştlər, eləcə də nəqliyyat-logistika imkanlarının genişlənməsi
xarici sərmayədarlar üçün etibarlı və uzunmüddətli perspektivlər
yaradır. Azərbaycan yalnız enerji sektoru ilə deyil, sənaye, aqrar
sahə, logistika, rəqəmsal iqtisadiyyat və yaşıl enerji
istiqamətlərində də böyük potensiala malikdir”, – deyə TÜİB sədri
vurğulayıb.

H. Büyükfırat xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində
həyata keçirilən bərpa və yenidənqurma proseslərinin investisiya
baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib.

“Bu ərazilərdə yaradılan yeni sənaye zonaları, “ağıllı şəhər” və
“ağıllı kənd” layihələri, müasir infrastruktur və logistika xətləri
həm yerli, həm də xarici investorlar üçün unikal imkanlar açır.
Türk iş adamları Qarabağın dirçəlişini yalnız iqtisadi layihə kimi
deyil, eyni zamanda tarixi, mənəvi və strateji məsuliyyət kimi
dəyərləndirirlər. Qarabağın yenidən qurulması Azərbaycanın ümumi
iqtisadi gücünü artırmaqla yanaşı, regionda dayanıqlı inkişaf və
əməkdaşlıq üçün yeni mərhələ yaradır. TÜİB olaraq Türkiyə və
Azərbaycan iş dünyası arasında investisiya əməkdaşlığının daha da
dərinləşdirilməsi, birgə layihələrin təşviqi və xüsusilə azad
edilmiş ərazilərdə türk investorlarının fəal iştirakının təmin
edilməsi əsas prioritetlərdən biridir”, – deyə Hüseyn Büyükfırat
bildirib.