Bakı. Trend:
ABŞ ordusu Sakit okeanın beynəlxalq sularında narkotik daşıyan
üç katerə zərbə endirib, nəticədə səkkiz nəfər həlak olub.
Trend xəbər verir
ki, bu barədə Pentaqonun “X” sosial şəbəkəsində yayımladığı
məlumatda bildirilib.
Açıqlamada qeyd olunur ki, katerlər Sakit okeanın şərq
hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunan məlum
marşrutlar üzrə hərəkət edib və üzərlərində narkotik maddələr
olub.
“Bu fakt kəşfiyyat məlumatları ilə təsdiqlənib. Katerlərə
zərbələr endirilib və nəticədə səkkiz narkotik qaçaqmalçısı məhv
edilib”, – deyə Pentaqonun məlumatında vurğulanıb.

