
Avropa Birliyinin üzv dövlətləri Rusiyanın 210 milyard avro dəyərində aktivlərini qeyri-müəyyən müddətə dondurmaq qərarına gəliblər.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurası bəyanat yayıb. Bəyanatda deyilir ki, üzv dövlətlər Rusiya Mərkəzi Bankının Avropa Birliyindən saxladığı dondurulmuş aktivlərin geri qaytarılmasını qadağan etmək qərarına gəlib.
Açıqlamada deyilir ki, Rusiyanın aktivləri məhdudlaşdırılmasa Moskva Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün əlavə resurslardan istifadə edə bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


