Balakəndə iki avtomobil toqquşub – Ölən və yaralılar var

Baş səhifə

Bakı. Trend:

Bu gün saat 17 radələrində Balakən rayonunun Talalar kəndi
ərazisində “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər
toqquşub.

Trend-in
məlumatına görə, hadisə nəticəsində “VAZ-2106”nın sürücüsü, 30
yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb.




Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və
“VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət
alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki,
faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb,
araşdırmalar aparılır.