Çində istehsal olunan şüşə fincanlarda ağır metallar aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa
İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq
Sistemi” (RASFF) vasitəsilə Polşa Respublikasından daxil olan
məlumata əsasən, Çin Xalq Respublikasında fəaliyyət göstərən
“Market Union Co. Ltd” şirkəti tərəfindən istehsal edilən şüşə
fincanlarda kadmium və qurğuşun ağır metallarının miqrasiyası
aşkarlanıb.

Trend xəbər
verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə
Nazirliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, bu məhsulların 6 ədədi Azərbaycan Respublikasında
fəaliyyət göstərən “Sevinc Mall” ticarət mərkəzində yerləşən
“Sinsay” mağazasına göndərilib.

“Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya
– Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq
laborator müayinələrdən keçirilməyib.




Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları
yoxlanılması məqsədilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya –
Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator
müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar
nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar
vətəndaşlara geri qaytarılacaq.

Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi məsələni
nəzarətdə saxlayır, istehlakçıların sağlamlığının qorunması
məqsədilə zəruri tədbirlər davam etdirilir.

Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi
Əlaqə; 012-497-63-62
Ünvan: Həmidağa Hüseynzadə 39″.