Bakı. Trend:
Misli Premyer Liqasının XV turunun “Qarabağ” – “Araz-Naxçıvan”
oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.
Trend xəbər
verir ki, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək
dəstədə keçirilən 6000-ci matç kimi düşüb.
Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks
olunmuşdu. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.
1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də
start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi
yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/02 və
2019/20 mövsümləri yarımçıq dayandırılıb.
Qeyd edək ki, cari mövsümdə 86 oyun keçirilib və onlardan biri
texniki nəticə kimi tarixə düşüb.

