Bakıdan Naxçıvana uzanan dəhliz Türk dövlətləri arasında ticarət axınını sürətləndirəcək – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Bakıdan Naxçıvana uzanan dəhliz Türk dövlətləri arasında ticarət
axınını sürətləndirəcək.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir bəyanatla Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan AK Partiyasının Türk Dünyasına Baxış
Proqramının təqdimatında çıxış edib.

Türkiyə lideri bildirib ki, 34 illik dövr ərzində türk
dövlətləri olaraq bir çox sahələrdə keçmişlə müqayisə belə
edilməyəcək dərəcədə möhkəm əlaqələr formalaşdırılıb. Türk
xalqlarının bilik və təcrübəsini eyni üfüqdə birləşdirən bu sənəd
(AK Parti Türk Dünyası Vizyon Belgesi Tanıtım Programı) qarşıdakı
yüz ilin inşasında mühüm strateji sənəd mahiyyəti daşıyır. Sənəd 6
ləhcədə və ortaq əlifba ilə hazırlanıb.




Onun sözlərinə görə, bu, Türk dünyasında birlik və həmrəyliyin
möhkəmləndirilməsinə dair iradənin əsas göstəricisidir. Sənəd
hazırlanarkən beynəlxalq razılaşmalar, əməkdaşlıqlar və qlobal
inkişaf nəzərə alınıb.

“Nəqliyyat və logistika strategiyaları da bu vizyonun mühüm
həlqələrindəndir. Bakıdan Naxçıvana uzanan dəhliz türk dövlətləri
arasında ticarət axınını sürətləndirəcək.

Dil, tarix, ədəbiyyat və incəsənət sahələrində çoxpilləli
fəaliyyətlər mədəni bağların möhkəmləndirilməsinə töhfə verəcək.
Sənədin təhlükəsizlik perspektivi isə regional sülhün
möhkəmləndirilməsinə yönəlmiş ətraflı fəaliyyət planını əhatə
edir”,-deyə Ərdoğan bildirib.