Yerdə nüvə reaktorları yaratmaq axmaqlıqdır – İlon Mask

Baş səhifə

Bakı. Trend:

Günəş pulsuz enerji mənbəyi olduğu halda Yer üzündə termonüvə
reaktorların yaradılması məntiqsizdir.

Trend xəbər verir
ki, bu barədə Amerikalı milyarder, “Tesla” və “SpaceX”
şirkətlərinin sahibi İlon Mask öz rəmi “X” səhifəsində yazıb.

“Günəş səmada yerləşən nəhəng, pulsuz termonüvə reaktorudur. Yer
üzündə xırda termonüvə reaktorları yaratmaq axmaqlığın zirvəsidir”,
– deyə Mask bildirib.




O əlavə edib ki, “hətta dörd Yupiteri yandırsanız belə, Günəşin
enerjisi yenə də Günəş sistemində indiyədək və gələcəkdə istehsal
olunacaq bütün enerjinin demək olar ki, 100 faizini təşkil edəcək.
Bu reaktorların yalnız sizin şəxsi elmi layihənizin həyata
keçirilməsinə lazım olduğunu etiraf etmirsinizsə, onda bu mənasız
xırda reaktorlara pul xərcləməyi dayandırın”, – deyə o qeyd
edib.

Mask ilk dəfə deyil ki, Günəş enerjisinin bəşəriyyət üçün
əhəmiyyətindən danışır. Belə ki, 2023-cü ildə amerikalı podkast
aparıcısı və məşhur idman müxbiri Co Roqanın verlişində qonaq
olarkən günəş enerjisinin ABŞ-nin bütün enerji tələbatını tam
şəkildə ödəmək potensialına malik olduğunu vurğulamışdı.