Yeni amnistiya aktının kimlərə şamil ediləcəyi məlum olub

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi
təşəbbüsünü irəli sürüb.

Trend xəbər
verir ki, təşəbbüsdə amnistiya aktının kimlərə şamil ediləcəyi
məlum olub.




Belə ki, amnistiya aktının layihəsinə əsasən, Azərbaycan
Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması
uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən
müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş
antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu
əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin
yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı
hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə
qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən
yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya
cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə
törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət
törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş
bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş
hissəsi azaldılacaq.