
Bakı. Trend:
Yemək vərdişlərimizin – nəyi və necə yediyimizin – yuxunun
keyfiyyətinə birbaşa təsir göstərə biləcəyi Corc Meyson
Universitetinin alimlərinin apardığı araşdırma ilə sübut
olunub.
Trend xəbər verir
ki, “Frontiers in Nutrition” (FN) jurnalında dərc edilən tədqiqat
qan şəkərinin səviyyəsi, qidalanma tipi və yuxunun keyfiyyəti
arasında qarşılıqlı-əlaqə olduğunu müəyyən edib; bu əlaqə həm
diabeti olan şəxslərdə, həm də diabeti olmayan insanlarda müşahidə
olunur.
Təhlil göstərib ki, diabet və prediabeti olan insanlar daha
tez-tez yuxusuzluq, yuxu pozuntuları və tövsiyə olunan istirahət
müddətindən kənara çıxmalarla üzləşirlər. Bununla yanaşı,
qidalanmanın və qan şəkərinin ciddi nəzarətdə saxlanması
gözlənilmədən daha zəif yuxu ilə də əlaqələndirilib ki, bu da
maddələr mübadiləsinin və rasion tərkibinin mürəkkəb roluna işarə
edir.
Yuxu üçün xüsusilə əlverişsiz olan rasionlar zülalı az, yağ
tərkibi isə yüksək olan pəhrizlərdir — onlar davamlı şəkildə yuxu
keyfiyyətinin pisləşməsi ilə əlaqələndirilib. Eyni zamanda, az
karbohidratlı və daha yağlı qidalanma, əksinə, həm diabeti olan
şəxslərdə, həm də qlükoza səviyyəsi normal olan iştirakçılarda
həddindən artıq qısa yuxu riskini azaldıb.
Müəlliflər vurğulayırlar ki, yuxunun yaxşılaşdırılması üçün
təkcə gündəlik rejimi deyil, həm də qidalanma vərdişlərini və
karbohidrat mübadiləsinin vəziyyətini nəzərə almaq lazımdır —
qidalanma yuxu sağlamlığında dəyəri yetərincə qiymətləndirilməyən
bir amil ola bilər.

