
Bakı. Trend:
Ermənistan xarici müdaxilələrin qarşısının alınması ilə bağlı
Avropa İttifaqından kömək istəyib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici
siyasət üzrə ali nümayəndəsi, Avropa Komissiyasının
vitse-prezidenti Kaya Kallas deyib.
“Gələn il Ermənistanda seçkilər keçiriləcək. Bu gün bu məsələdə
Ermənistana necə köməklik edə biləcəyimizi müzakirə edəcəyik.
Ermənistan seçkilərə ölkəxaricindən müdaxilələrin qarşısının
alınmasında bizim köməklik göstərməyimizlə bağlı müraciət edib”,-
deyə Kallas bildirib.
Bundan əvvəl Kaya Kallas bildirmişdi ki, 2026-cı ildə
Ermənistanda parlament seçkiləri ərəfəsində Rusiya Ermənistana
yönəlmiş dezinformasiya kampaniyasını gücləndirməyə başlayıb.

