
Bakı.Trend:
ABB ilə “Qarabağ” Futbol Klubu arasında memorandum imzalanıb. Bu
anlaşma “ABB-Qarabağ” kobrend kartının yaradılmasını nəzərdə
tutur.
İmzalanma tədbirində sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas
İbrahimov və “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel imza
atıb. Tədbirdə “ABB-Qarabağ” kobrend kartının dizaynı da nümayiş
etdirilib.
Kart yaxın aylarda premium və standart növdə bazara təqdim
olunacaq, müştərilər üçün bir sıra üstünlüklər yaradacaq. Belə ki,
kart sahibləri kobrend kartlarla bağlı qabaqcıl beynəlxalq
təcrübəyə uyğun olaraq oyunçularla görüşlər, komandanın oyunlarını
stadionun xüsusi zonasında izləmək imkanı, ödənişlər zamanı əlavə
keşbeklər, müxtəlif ticarət və xidmət məkanlarında xüsusi
endirimlər və s. bu kimi imtiyazlar qazanacaqlar.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “ABB-Qarabağ”
kobrend kartının “Qarabağ” azarkeşlərində doğma komanda ilə
bağlılığı daha da artıracağını bildirib: “Bu kartla hər əməliyyat
insanlarımıza “Qarabağ” coşğusunu yaşadacaq. Onların gündəlik
həyatına xoş bir dəyər qatacaq. Bu kart ABB-nin öz müştəriləri ilə,
Qarabağ Futbol Klubunun isə öz azarkeşləri ilə kommunikasiya
mədəniyyətində də yeni bir səhifə açacaq”.
“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel qeyd edib: “ABB
ilə tərəfdaşlığımız bu ilin yay aylarından başlanıb və qısa müddət
ərzində real məzmun qazanıb. “ABB–Qarabağ” kobrend kartı
azarkeşlərimiz üçün gündəlik həyatda istifadə olunan, eyni zamanda
kluba bağlılıq hissini gücləndirən praktik bir alət olacaq”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə
etmək olar.

