“Müəllimlə din xadiminin dinə yanaşması fərqlidir” –

Baş səhifə

“Dinlə bağlı biliklər verilərkən bizim pedaqoqlar cəmiyyətdə dinlə bağlı məsələlərin iştirakçısına, münasibət bildirəninə çevrilirlər”.

Metbuat.az xəbər verir ki, bunu “Dini düşüncə mədəniyyəti pedaqoji perspektivlər” adlı konfransda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib:

“İbadət evlərində din xadimləri də dindən danışır, orta məktəbdə müəllim də. Bəs din xadimlərinin və müəllimlərin dinlə bağlı danışdıqları nə ilə fərqlənir? Müəllimin bu məsələdə fikirləri ilə din xadimlərinin fikirləri fərqlidir.

Biz çox vaxt İslam barədə danışanda İslamın şərtlərindən, prinsiplərindən danışırıq. Əgər biz İslamın məqsədindən danışarıqsa, bu, gələcəkdə məzhəbçilik, dini radikalizm kimi davranışlardan qoruya bilər”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.