Fransada Avropanın ən böyük şəhər kanat yolu istifadəyə verilib

Baş səhifə

Bakı. Trend:

Fransanın İl-de-Frans əyalətində Avropanın ən böyük şəhər kanat
yolu rəsmi olaraq açılıb.

Trend xəbər verir
ki, bu barədə BFMTV məlumat yayıb.

“Cable C1” adlanan kanat yolu Paris yaxınlığında yerləşən Kretey
və Vilnöv-Sen-Jorj qəsəbələrini birləşdirir.




Uzunluğu 4,5 kilometr olan marşrutu kanat yolu ilə 18 dəqiqəyə
qət etmək mümkündür, halbuki eyni məsafə avtobusla təxminən 40
dəqiqə çəkir.

Məlumata görə, “Cable C1”in gündəlik 11 min sərnişinə xidmət
göstərəcəyi gözlənilir. Layihənin ümumi dəyəri 132 milyon avro
təşkil edir.